Dünya miqyasında məşhur, 274.000 işçi kütləsinə sahib, 66 milyard gəlir əldə edən və öz imkanlarını ilbəil genişləndirən PepsiCo şirkəti barədə qısa, lakin ətraflı məlumatı toplamağa çalışdıq. Analizə nəzər salaq 🙂


Biznes modeli və gəlir statistikası

rrrrrr

PepsiCo şirkəti şaxələnmiş biznes modelinə sahib olan, sərin içki və qida sektorunda rəqabətə davamlı məhsullarla tanınan bir istehsalçılır. İldən-ilə sərin içki sektorundakı payını azaldaraq yüngül yeyinti sənayesində məhsul artımını özünə məqsəd qoymuş və 2013-cü ildə şirkət gəlirlərinin 52%-i həmin sektora aid olmuşdur. Geridə qalan 48% (66.3 milyard dollar) isə sərin içki sektorundan əldə olunan gəlirlərdir.

Şirkətin “snack food” deyilən yüngül yeyinti sektorundan olan gəlirləri içki sektoruna nisbətdə daha çoxdur və bu PepsiCo haqqında bilinən “içki biznesi” məntiqini yox edən əsas sübutdur. Bəs PepsiCo-nun snack food-ları hansılardır? Gəlin məhsul çeşidlərinə nəzər salaq:

İçki sektoru
Coca-Cola ilə birlikdə ABŞ karbonlaşdırılmış içki sektorunda 70 faiz paya sahibdir. Şirkətin karbonlaşdırılmış içkilərdən savayı Tropicana, Lipton və Aquafina kimi təbii vitaminli içkilər, su  və soyuq çay məhsulları ilə bazarda böyük bir paya malik olduğunu görmək mümkündür. Növ müxtəlifliyi şirkəti öz növbəsində Unilever və Starbucks kimi  yeni rəqiblərlə də üz-üzə qoymuşdur. PepsiCo bununla da kifayətlənməyərək enerji içkilərindən olan və 80 ölkəyə satılan Gatorade brendini də alaraq öz tərkibinə qatmışdır.

Sağlam qida sektoru
Forbes saytı xəbərində qeyd edir ki, xroniki xəstəliklərin artış göstərdiyi Çində sağlam qida məhsullarını tanıtmağa başlayan PepsiCo, rəqiblərini qabaqlamaq məqsədi ilə burada Çinin yerli təbabət inqrediyentləri və çaylarından istifadə etməklə yeni növ məhsul istehsalını planlaşdırır.
İndiyə qədər Mtn Dew Kickstart məhsulundaki şəkər miqdarını əvvəlki növü ilə müqayisədə 60% azaldan şirkət Lipton Sparkling Tea məhsulunda da daha az kalori saxlamağa nail olmuşdur. Tropicana brendi altında məhsullarında təbii banan, alma, manqo və digər meyvə şirələrinə üstünlük verərək sağlamlıq göstəricilərini xeyli artırmışdır. Mr.Carey məhsullardaki şəkər miqdarı haqda bunları deyir:

Mr. Carey : “Bizim hal-hazırda bazarda mövcud olan, yeniyetmə və analarına kalori balanslaşmasının önəmindən bəhs edən  Mixify adlı proqramımız var. Biz bir çox layihədə birgə fəaliyyət göstəririk və inanıram ki, bu sahədə irəliləyişə nail oluruq.”

Düşünülür ki, sağlamlıq məsələlərinə xüsusi önəm verilməklə və bu sahədə yeni səmərəli innovasiyaların tətbiqi ilə həm içki, həm də yüngül yeyinti sənayesində PepsiCo məhsulları öz mövcud rəqabət qabiliyyətini qorumağa nail olacaqdır.

Reklam
2013 statistikasında şirkət gəlirlərinin 5.9%, yəni 3.9 milyard dolların reklama xərcləndiyini görmək mümkündür. Belə ki, PepsiCo 22 brendi öz tərkibində daşıyır və hər birinə fərdi brend şöhrəti qazandırmaq fikrindədir. 2014-cü ildə Dünya kubokunda öz məhsullarını tanıtmaq üçün ən məşhur 19 futbolçu ilə reklam kampaniyasını başlatmışdır.
Mahiyyətə nəzər saldıqda Coca-colada olduğu kimi Pepsico şirkətində də müşahidə olunan odur ki, şirkət yerli adətlərə,dilə və düşüncə tərzinə uyğun reklamlarla müştərilərə səslənir.

Celebrity-endorsement (Reklamda məşhurlardan istifadə olunması) PepsiCo üçün əlavə bir dəyərin yaradılmasına səbəb olmuşdur. Generation Next – layihəsi ilə xüsusilə gənclərə səslənən bir reklam strategiyasına müraciət edən PepsiCo Pizza Hut, KFC and Taco Bell kimi məkanlarda satılmaqla yanaşı, gənclər arasında məşhurluq qazanmış Messi, Michael Jackson, Beyonce, Beckham kimi populyar şəxlər hesabına öz istehlakçılarının qəlbinə yol tapmağa çalışmışdır.

İntensiv rəqabət – Coca Cola şirkətin ən böyük rəqibidir, lakin sektorlara ümumi nəzər saldıqda burada Nestle, Danone, Kraft Foods, Pepper Snapple kimi rəqiblərin olduğunu görürük. Bu da öz növbəsində məhsullaırn qiymətinə, reklama və innovasiya trendlərinə birbaşa təsir göstərir. Hətta son illərdə Coca-cola meyvə şirəsi satışında PepsiCo-nu keçə bilmişdir.

Aşağı məhsuldarlıq problemi2008 statistikasını əsas götürdükdə görürük ki, şirkətin işçi sayı 198.000 nəfər təşkil etmiş və adambaşına düşən gəlir 219,439 dollar olmuşdur. Bu isə PepsiCo-nun rəqiblərinə nisbətdə aşağı göstəriciyə sahib olduğunu göstərir.

Dizaynın önəmi haqda şirkət işçilərindən sitatlar

CEO Indra Nooyi :
Mənim üçün yaxşı dizayn edilmiş məhsul ona aşiq olunan məhsuldur. Və ya əksi – nifrət edilən. Lakin dizayn bir reaksiyaya səbəb olmalıdır. Məhsul “bunu aldım və yedim” düşüncəsindən ziyadə onunla gələcəkdə yenə əlaqə yaratma potensialını sahib olmalıdır.”

Designer Mauro Porcini
“Qəti şəkildə inanıram ki, innovasiya və dizayn tamamilə eyni şeydir. Dizayn təkcə məhsulun estetikası və incəsənətdən ibarət deyil, o, həm də insanların nə istəməsi, nəyə ehtiyacı olması və arzuları üzərində fokuslanan stratejik funksiyadır. Əl qabiliyyəti isə məhsul üzərindən istehlakçıya mənalı və uyğun mesaj çatdırmaqdır.”

İnvestisiya və stratejik məqsədlər
Bazar şəbəkəsini genişləndirmək və müştəri potensialını artırmaq məqsədi ilə 2020-ə qədər Hindistana 5.5 milyard dollar investisiya qoymağı planlaşdırır. İndiyə qədər isə 35% gəlirini (4milyard dollar) təşkil edən Meksika bazarında 4.000 iş yerinin açılmasına səbəb olan şirkət burada intensiv investisiya siyasətini həyata keçirmişdir və Meksikada təxminən 40 minə yaxın işçiyə sahibdir.
Dünya miqyasında bir çox müştəri artıq istehlak etdiyi məhsulun tərkibinə diqqət yetirir və qəbul etdiyi kalori miqdarından xəbərdardır. Buna görə də onların məhsul seçimlərində təyin etdiyi kriteriyalar bu istiqamətdə dəyişkənliyə məruz qalmışdır. Bu səbəblə PepsiCo şirkəti öz məhsullarında sağlamlıq göstəricilərini daha da artırmaq qərarındadır. 2020-ci ilə qədər bəzi məhsulların tərkibindəki yağı 15%-ə, sodium maddəsini isə 20%-ə qədər azaltmaqla yanaşı, daha əvvəl aşağı və sıfır kalori məhsullarını da istifadəyə verdiyi də müşahidə edilmişdir. Təkcə 2013-cü ildə Meksikada Mirinda qazlı içkisində şəkərin miqdarı 25% azaldılmışdır.

Advertisements