Marketinqdə önəm kəsb edən məsələlərdən biri də məhsulun qablaşdırılmasıdır və bu faktor məhsulun tanıdılması, müştəri önündə ilk təəssüratın yaradılması, brend imicinin formalaşdırılması üçün önəmli sayılır. Burada qablaşdırmanın satışa olan təsirinə də toxunacağıq.

İnformasiya, məhsulun və ya servisin tanıdılması faktoru– qablaşdırılma birinci növbədə məhsul haqqında məlumatı istehlakçıya çatdıran vasitədir. Məsələn, satılan məhsul hazır yeməklərdirsə, necə bişirilməsi, necə istifadə edilməsi haqqında məlumat verilməlidir. Texnologiyaya aid məhsullarda isə onun iş prinsipi və mexanizmi haqqında məlumatı əks olunmalıdır. Xüsusilə paketlənmiş fastfood yarı-məhsullarındaki (asan hazırlana bilən yemək məhsulları) məlumatlar, şəkilli izahlar, yeməyin hazırlanması, istehsal tarixi, son istifadə müddəti haqqındakı informasiya rəqiblər qarşısında əldə olunacaq üstünlük hesab oluna bilər. (Rolton hazır vermişel məhsulu kimi).
Bununla yanaşı texnoloji məhsulların keyfiyyət müqayisəsi üçün məhsulun sahib olduğu funksiyaların, güc və strukturu haqqında informasiyanın paketdə yer alması istehlakçı üçün əlverişli haldır.
Bunu aşağıda verilmiş şəklin timsalında görmək olar.

packaging1

Paketlərdəki dekorasiyanın önəmi və Paket marketinq kommunikasiya vasitəsi kimi– Məhsul qablaşdırılmasının satışlara təsiri barədə bir çox nümunə vermək mümkündür. packaging2Məsələn, əgər məhsul sərinləşdirici içki məhsuludursa, eleqant, zərif dizayn müştərilərin üçün xoş təəssürat bağışlaya bilər. Bununla yanaşı, bəzi məhsullarda yeni növ dizaynlara əl atmaq əvəzinə qədimlik izləri daşıyan dekorasiyalardan istifadə yararlı hesab oluna bilər. Cəzbedici dizayn məhsulun premium qiymətə satmaq üçün başqa bir bəhanədir. Məhsulun paketi brendin imicini formalaşdırır, onun tanınmasında (identity) rol oynayır. Nikola Draskoviç paketləşdirmənin marketinqdəki əhəmiyyətindən bəhs edən akademik yazısında bu faktorları sadalayaraq deyir:

Reklamda olduğu kimi qablaşdırmada da bəzi mesajların verilməsi ilə müştərinin diqqəti cəlb olunmalı və məhsul üzərində saxlanmalıdır. Fill (həmkarım) qablaşdırmanın marketinq kommunikasiyasındakı rolunu rəng, forma, paket həcmi və daşınma məlumatlarını vurğulamaqla açıqlayır. Başqa müəlliflər də həmçinin qablaşdırmanın kommunikasıya vasitəsi olduğunu düşünürlər.

Qablaşdırma müştəriyə xitab edir – Son illərdə Coca-Colanın müxtəlif ölkələrdə həmin ölkəyə uyğun şəxs adlarını qabların üzərinə yazması onun rəqibləri qarşısında seçimdə önə çıxmasına səbəb olmuşdur və satışların artmasına səbəb olmuşdur. The Wall Street Journal – Coca-Colanın bu uğuru haqqında yazır:

Coca-Cola şirkəti karbonlaşdırılmış sərinlədirici içki satışlarını bu yay ərzində fərdi şəxs adları ilə Coke, Diet Coke və Coke Zero üzərindən 2%-dən çox  artırmışdır.

cola1
Bununla yanaşı Hindistan e-kommersiya şirkəti olan “20 Dresses” müştərilərə öz markalarına olan sədaqəti formalaşdırmaq üçün kiçik hədiyyələrlə birgə yazılı notlar göndərir, bu da istehlakçıya özünün önəmsəndiyini xatırlatmaqla şirkət və müştəri arasında əlaqələri möhkəmləndirir.

Paketin fərqlənməsi vacibdir

secilmeƏgər məhsulunuzun rəflərdə önə çıxması, rəqiblər arasında daha çox seçilmiş məhsul olmasını istıyirsinizsə, onun paketini rəng və cəzbedicilik baxımından digərlərindən fərqləndirməli, daha nadir bir görüntü ortaya çıxarmalısınız.
Unutmayın ki, müştərinin gözünə daha tez dəyən rənglər parlaq rənglər, əsasən mavi-sarı, yaşıl, qırmızı rənglər hesab olunur.
Bununla yanaşı paket məhsulun keyfiyyəti haqqında ilk təəssüratı formalaşdırmalı, yaddaqalan olmalıdır. Əlbəttə ki, solğun rəngli sadə bir paket müştəriyə heç vaxt məhsul haqqında müsbət fikir göndərə bilməz.

Paketin uyğunluq/rahatlıq göstəriciləri

Packaging Convenience – deyə bilinən bu termini izah üçün yenə akademik məqaləyə müraciət edəcəyik. Nikola Draskoviç öz araşdırmasında qeyd edir:

Əsas araşdırma ortaya çıxarır ki, alkoqolsuz içkilərdə paketin rahatlığı onun materialı, forması və ölçüsü ilə əlaqəlidir. Paketin materialı dedikdə onun sınmaya dözümlü olması, sərtliyi, şəffaflığı, çəkisi kimi fiziki xüsusiyyətləri nəzərdə tutulur. Digər tərəfdən dizaynı – bəzi xüsusiyyətlər əlavə etməklə forma və ölçü baxımından paketin rahatlığını artıra bilər. 

Bu göstəricilər əsasən qida sektorunda çox vacib hesab olunur. Çünki, yemək məhsullarının son məntəqəyə sağlam çatdırılması, rahat açılması, istifadəsi və tullantı kimi çox yer tutmaması – müştəriyə əziyyət verməməsi baxımından və müştəri rahatlığı baxımından çox önəmlidir.

Advertisements