Dünyanın məşhur brendi Coca-Cola şirkətinin SWOT  analizi ilə tanış olmaqla böyük şirkətlərin sahib olduğu güc və zəifliklər barədə məlumat qazanacaq və ümumilikdə böyük şirkətlərin  qarşılacaşağı potensial təhdidlər, xarici imkanları haqqında bilgi əldə edəcəksiniz.

Bildiyiniz kimi, SWOT analiz 4 tərkib hissədən ibarətdir.
Daxili – Güclü tərəflər, zəif tərəflər (strengths, weaknesses)
Xarici – İmkanlar, Təhlükələr(opportunities, threats)

Güclü tərəflər

Brend mülkiyyəti – Coca-Cola 2011-ci ildə dünyanın ən yüksək marka dəyərinə (71 milyard dollar) sahib şirkət kimi təltif edilmişdir. Qlobal varlığı hesabına ən yüksək dəyərə sahib bu markanın ən güclü tərəfi məşhurluğudur. 2016-cı ildə brendin dəyəri 73 milyard təşkil etmişdir. Brendin dəyər qazanmasındakı əsas faktor innovasiyaların tətbiq olunmasıdır.

cola4
Coca-Cola brendinin illər üzrə dəyər qrafiki

Şirkət dəyəri – Dünyanın ən dəyərli şirkəti olan Coca-cola 79 milyard dollar dəyərindədir və buraya Brend dəyərindən başqa tərkibindəki fabriklərin, qlobal miqyasda yayılan məhsulların da dəyəri daxildir.
Beynəlxalq miqyasda yayılması – Coca-cola hal-hazırda təqribən 200 ölkədə istehlak edilir və irili-xırdalı əksər marketlərdə bu məhsulun yer alması brendin dəyərdə qalmasına, insanların yeniliklərdən asanlıqla xəbərdar olmasına səbəb olur.
Böyük bazar payı – içki sektorunda 2 böyük rəqib (Pepsi və Coca-Cola) mövcuddur. Coca-Colanın içkiləri arasında Coke, Thums up, Sprite, Diet coke, Fanta, Limca, Maaza və Fuce tea – də bazar payının əldə olunmasında xüsusi rola malikdir. Növ çeşidliliyi bazarda müxtəlif istəkli istehlakçılara çatmaqda şirkətə yardımçı olur.

cola6Marketinq strategiyası – Pepsidən fərqli olaraq Coca-Colanın hədəfi bütün yaş qruplarının qəlbini fəth etməkdir və bunun üçün əsasən məşhurlardan istifadə edir. Bununla birgə Rio 2016 və JourneyX layihələri ilə öz məhsullarını cəmiyyətə daha da sevdirməyə nail olmuşdur.
Müştəri sədaqəti – bu, hər bir şirkətin əldə etmək istədiyi keyfiyyətdir və Coca-Cola bütün dünyada üstünlük verilən soyuq içki kimi rəqiblərini qabaqlamağa nail olmuşdur. Xüsusilə Cola və Fanta növləri böyük istehlakçı kütləsini özündə cəmləmişdir.

Zəif tərəflər

Pepsi ilə rəqabət – Coca-Cola şirkəti rəqabətdə açıq şəkildə üstün görünsə də, Pepsi kimi böyük bir rəqib elə də asan məğlub edilə bilməz və mütəmadi innovasiyalar,yeni tədbir və layihələrin keçirilməsi istehlakçı istəyini diri tutmaq üçün önəmli olacaqdır.

Diversifikasiya (şaxələnmə) problemi – Pepsi Coca-Coladan fərqli olaraq Lays və Kurkura məhsulları ilə yeyinti (qəlyanaltı) sektoruna daxil olmuş və özü üçün əlavə gəlir mənbəyi yaratmışdır. Coca-Cola isə hələki digər sektorlara giriş barədə hər hansı bir addım atmayıb.
cola7Sağlamlıq məsələsi – Coca-Cola da Red Bull kimi öz tarixində bir çox sağlamlıq problemləri ilə qarşılaşmışdır. (Red Bull barədə bu məqalədən oxuya bilərsiniz.) Bir çoxlarının “obesity” (kökəlmə) riski ilə qarşılaşması bazarda alternativ məhsul rəflərinə üz tutmalarına səbəb ola bilər.
Su istifadəsi – bəzi su problemi yaşayan ölkələrdə Coca-Colanın sudan düzgün istifadə etməməsi ilə yanaşı bəzi iddialara görə suya çirki təmizləmək məqsədi ilə böcək zəhəri qatmaları bu məsələni bir az da aktuallaşdırır.

İmkanlar

cola11Növ müxtəlifliliyi – Coca-Cola şirkətini ən böyük gücü onun bazarda fərqli tip içki məhsulları təklif etməsi, özü üçün effektiv tədarük zəncirini formalaşdıraraq onların çarpaz satışından gəlir əldə etməsidir.
Yüksələn tələbat – Xüsusilə Hindistan kimi ölkələrdə yay mövsümündə qazlı içkilərin istehlakı 2 dəfəyə qədər yüksəlir və bu da Coca-Cola kimi şirkətlərin gəlir əldə etmə potensialını yüksəldir.
kinley1
İçməli suyun qablaşdırılması – Kinley məhsulunu bazara buraxan Coca-Cola şirkəti gigiyenanın vacib faktor olduğu bir dövrdə bu məhsulun inkişafını həyata keçirməlidir. Kinleyin inkişaf etdirilərək Bisleri məhsulunun gücünə çatdırılması imkanı içməli su sektorunda Coca-Cola üçün əsas hədəf olmalıdır.
Az satılan məhsullar – bildiyiniz kimi, Coca-Colanın bazarda fərqli məhsulları yer alır və bir çoxları az satılan məhsullardır. Onların bazara daxil olması üçün şirkət çox xərc çəkmişdir və müxtəlif tədbirlər sayəsində həmin məhsulların satışını artırma imkanı mövcuddur.
Tədarük zəncirinin təkmilləşdirilməsi – Coca-Cola yerli müəssisələr tikməklə qlobal miqyasda məhsulun çatdırılma, paylanma xərclərini xeyli azaltmışdır və bu sahədəki xərclər ildən ilə artdığı üçün şirkət məhsulun bazarlara çatdırılması cəhətdən bir çox rəqiblərindən irəlidədir.

Təhlükələr

Xammal problemi – Bu sahədə ən böyük problem su problemi hesab olunur. Belə ki, şirkətin zərərli böcək zəhərindən istifadə etməsi və su israfına səbəb olması xüsusilə iqlim problemləri və su tələbatında problem yaşayan ölkələrdə Coca-Cola üçün xammal tapma təhlükəsi meydana gətirə bilər.
Dolayı rəqiblər – buraya Coca-Colaya alternativ qəbul olunan Starbucks, Costa kofe, Real, Tropicana, Red Bull və Gatorade kimi məhsulların bazar payına sahib olaraq Coca-Colanı sıxışdırmağa cəhd etməsi aid edilir.

Sonda şirkətin CEO-su türk əsilli amerikan biznesmen Muhtar Kentin sözü ilə bitirmək yerinə düşər:

İstehlakçılar artıq təkcə yüksək səviyyəli məhsul yox, şirkətdən öz xarakteri və dəyərlərinə uyğun olan məhsul almaq istəyirlər.

Məhz bu səbəblə Coca-Cola reklam strategiyasını Qərbdə individual həyat tərzinə, Şərqdə isə ailə dəyərlərinə uyğunlaşdırmaqla həyata keçirir.

Advertisements