Hamımızın rastlaşdığı hadisələrdən biri də instagramda surfing edərkən qarşımıza reklamların çıxması, satıcıların öz məhsullarını paylaşaraq özlərinə müştəri axtarmasıdır. Instagram bütün satıcıların tələbatını nəzərə alaraq öz imkanlarını genişləndirmək qərarına gəlib.
Yeni əlavə olunan funksiya alıcıların işini asanlaşdıracaq. Bəs necə? Gəlin məsələni analiz edək!

“Shoppable tags” adlanan bu yeni funksiya paylaşılan məhsul brendlərinə əlavə məlumatların yerləşdirilməsinə şərait yaradacaq və bütün alış fəaliyyəti – məhsulun sayını müəyyən edib sifariş vermə və s.- instagram application-dan (proqramından) çıxılmadan həyata keçiriləcək. İstifadəçilər paylaşılan məhsulun adını və qiymətini şəklin alt qismindəki “tap to view” işarəsinə klikləməklə öyrənə biləcəklər. Həmin məhsul teqlərinə klikləməklə ətraflı məlumata yiyələnən müştərilər məhsulun şəkillərinə baxa, digər buna bənzər məhsul keçidlərinə daxil olaraq onları ala biləcəklər. Daha yaxşı anlamanız üçün videonu sizə təqdim edirik.

Instagram artıq 20 brendlə əməkdaşlıq edir və heç şübhəsiz brendlər arasındakı rəqabəti nəzərə alsaq bu say arta bilər. Düşünsək ki, Amerika və Avropa ölkələrində online satış üstünlük təşkil edir, insanlar smartphone ilə məhsul almağa öyrəşib – bunun hesabına Instagram internet alverində digər internet-kommersiya saytları üçün yeni rəqibə çevrilə bilər.

Nəzərinizə çatdıraq ki, bu funksiya hələ ki, IOS istifadəçiləri üçün keçərlidir və ancaq Amerikada tətbiq edilməyə başlanılır. Adı çəkilən innovasiyanın uğurla yoxlanma mərhələsindən keçməsi və bunu ölkəmizdə də görmək diləyi ilə!

Advertisements